2.377 gösterim
46,61 viral puan

Gəncədə yeni avtovağzal açılacaq 200 nəfər işçi çalışacaq

First lady Mehriban Aliyeva 04.11.2016 saat 21:21
  1. 1.

    Gəncədə yeni Avtovağzal kompleksinin açılışı olub.“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. İcra başçısı Elmar Vəliyev kompleks əməkdaşlarını və ictimaiyyət nümayəndələrini açılış münasibəti ilə təbrik edib. Bildirib ki, gələcəkdə kompleksdə 1 200 nəfərdən çox işçi çalışacaq. Bu gün ilkin mərhələnin açılışıdır və kompleks 2017-ci ilin ortalarına kimi tam istifadəyə veriləcək.Kompleksin direktoru Zaur Ələkbərov çıxışında diqqətə çatdırıb ki, ümumilikdə 25 hektar ərazidə inşa edilən kompleksin nəzdində inşaat materialları və avtomobil satışı mərkəzi də fəaliyyət göstərəcək.Rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və qonaqlar kompleksdə yaradılan şəraitlə tanış olub. Tikilidə 300 nəfərlik gözləmə zalı, ibadət otağı, tibb otağı, polis postu, ana və uşaq otağı, sərnişin və sürücülərin dincəlməsi məqsədilə müxtəlif otaqlar var. Avtobus və mikroavtobusların gözləməsi məqsədilə perronlar, onların yuyulması və avtomobillərə servis xidmətinin göstərilməsi məqsədilə xüsusi məkanlar inşa edilib.
  2. 2.

  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 33 gösterim

  • Toplam Viral: 37 gösterim
  • Toplam Seed: 51 gösterim
  • Toplam Direkt: 2.289 gösterim
  • Viral Puan: 46,61