10.048 gösterim
66,11 viral puan

İlham Əliyevdən 600 min nəfərlə bağlı MÜHÜM SƏRƏNCAM

siyaset
Xeberlernet 12.03.2018 saat 19:27
  1. 1.

    Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Publika.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 21,0 (iyirmi bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri, Maliyyə Nazirliyinə isə qeyd edilən maliyyələşməni təmin etmək tapşırılıb.
  • Şu an haberi okuyan: 2 kişi var
  • Facebook: 6.942 gösterim

  • Toplam Viral: 6.952 gösterim
  • Toplam Seed: 152 gösterim
  • Toplam Direkt: 2.944 gösterim
  • Viral Puan: 66,11